Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən tarixi binalar bərpa olunur. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Böyük Mərdəkan qəsri və Tuba Şah məscidi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) iştirakı ilə bərpa olunacaq.
"Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanması planlaşdırılır", - deyə qurumdan əlavə ediblər.