Bakıda növbəti yerüstü piyada keçidinin inşası yekunlaşıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az xəbər verir.
Sözügedən piyada keçidi Mərdəkan-Zuğulba yolunun 8-ci km-də yerləşir. Tikilinin uzunluğu 53,4 m, daxili eni 3,5 m, pilləkən və pandusların eni 1,35 m, hündürlüyü isə 5,5 m-dir.
Bundan əlavə, yolun hər iki tərəfində avtobus dayanacaqları təmir olunub, piyada keçidinin ətrafında abadlaşdırma işləri aparılıb.
Oxşar keçid bir il əvvəl Qala-Pirallahı yolunda da inşa edilib.
[URIS id=108537]