Mərkəzi Qan Bankında kifayət qədər qan var. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Qurum sosial şəbəkələrdə yayılan hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu haqda məlumatın əsassız olduğunu qeyd edib.
“Hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər”, - deyə qurumdan bildirilib.