Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinə basqın edən şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məhkəmə prosesini hakim Mahmud Ağalarov idarə edəcək.
Hadisə ötən ilin 15 noyabr tarixində Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində qeydə alınıb. Cinayətkar sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib, mağazadan 30 min manat pul götürərək qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elnur Əmənov şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.