Bakıda odlu silahın qanunsuz satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən 28 mart tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonunda polis qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Tərlan Səfərovu saxlayıblar.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha aid daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.
İstintaq tədbirləri davam etdirilir.
[caption id="attachment_38354" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]