top
Məktəbdə silah - Hamı günahkardır, heç kim günahkar deyil
16 aprel 2026, 14:54
- ↺ +

Məktəbdə silah - Hamı günahkardır, heç kim günahkar deyil

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə məktəbdə iki gün ardıcıl baş verən silahlı hücumlar cəmiyyəti sarsıtdı. Ssenari demək olar ki, eynidir: şagird (digər hadisədə keçmiş məzun) məktəbə silahla daxil olur və qarşısına çıxanlara atəş açır. Ölənlər, yaralananlar var.

Bu hadisələr təkcə Türkiyədə deyil, ölkəmizdə də ciddi rezonans doğurdu. Sosial şəbəkələrdə müzakirələr səngimir. Çünki çox yox, cəmi bir neçə ay əvvəl Bakıda liseydə oxşar hadisə baş verdi: 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngini məktəbə gətirərək müəlliminə atəş açdı.

Türkiyədəki hadisələrdə isə cinayəti törədənlərdən birinin ailəsi xüsusi diqqət çəkir: ana müəllim, ata hüquq-mühafizə orqanı əməkdaşı. Bu fakt müzakirələri daha da qızışdırdı - kimisi valideynləri günahlandırır, kimisi cəmiyyəti, kimisi də məktəbləri.

Bəs əslində günahkar kimdir?

Bu sual üzərində düşünəndə yaxın günlərdə iştirak etdiyim valideyn iclası yadıma düşür. Müəllimlər valideynlərə elə özlərindən şikayət edirdilər. Çağırışaqədərki hazırlıq müəllimi deyirdi ki, oğlan uşaqlarını elə böyütmüsünüz ki, ən xırda problem olanda "özümü pəncərədən atacam" deyə reaksiya verirlər.

"Bəs sabah evlənəndə necə olacaq? Xanımı ilə dalaşan kimi deyəcək özümü atıram?" - deyə valideynləri qınayırdı.

Məktəbin direktoru isə başqa bir nümunə çəkdi. Onun sözlərinə görə, şagird qaydalara zidd olaraq boğazına çatan uzun sırğa ilə gəlir, müəllim çıxaranda valideyn zəng edib etiraz edir, deyir "o kimdir mənim uşağımın sırğasını çıxardır..."

Burda sual yaranır: valideyn doğrudanmı günahkardır, müəllimlər doğurdanmı günahsızdır, yoxsa hər şeyi zəmanənin üstünə atmalıyıq?
Əslində əksər valideyn övladı üçün əlindən gələni edir, hətta bəzən qoruma, sarıb-sarmalama həddini aşır. Bəs bu nəyə gətirir? Uşaq sərhəd tanımır, ən kiçik hadisələrdə dözümsüzlük yaranır, "yox" eşitməyi bacarmır.

Ancaq bu, müəllimləri və rəhbərliyi məsuliyyətdən azad etmir. Məsələn, məktəblərdə uşaqlara psixoloji dəstək zəifdir, bəzən uşaqların hansısa birində riskli davranış görməzdən gəlinir (əlbəttə, bunda valideynin günahı az deyil) və sair.

Düşünürəm ki, ümumiyyətlə bu məsələnin təkbaşının həlli mümkün deyil. Çünki uşaq təkcə ailədə böyümür. Televiziyanı açırıq - zorakılığı adiləşdirən, silahı "qüvvə" kimi göstərən filmlər, seriallar, küçəyə çıxırıq - hər kəs öz uşağını o qədər qoruyur ki, öz övladına ən kiçik sərtlik belə onun üçün "travma"ya çevrilir. Nəticədə "yox" sözünü qəbul etməyən, hisslərini cilovlaya bilməyən, sərhəd tanımayan bir nəsil formalaşır.

Bu məsələdə bir vacib məqamı da unutmaq olmaz: silahın əlçatan yerdə olması. Türkiyədə də, Bakıda da baş verən hadisədə bu açıq görünür. Uşaq təkcə emosional problemdən əziyyət çəkmir, onun həm də silaha çıxışı olur.

Deməli bu vəziyyətin "tək günahkarı" yoxdur, amma "heç kim günahkar deyil" demək də düzgün deyil. Problem sistemlidir, bir-biri ilə zəncirvari bağlıdır: Valideyn - sərhəd qoymadığı, məktəb - psixoloji nəzarəti yetərincə qurmadığı, cəmiyyət - zorakılığı adiləşdirdiyi, sistem isə təhlükəni vaxtında görmədiyi üçün məsuliyyət daşıyır.

Bundan daha böyük problem bilirsiniz nədədir?  Heç kim özünü günahkar saymır. Buna görə də biz hər dəfə eyni ssenarini izləyirik - əvvəl şok, sonra müzakirə, daha sonra sükut.

Ta ki, növbəti atəş səsi eşidilənə qədər...

Emilya Tağıyeva

Son xəbərlər

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Oxşar xəbərlər