top
Məktəbli avtobusları ilə bağlı narazılıq - Niyə 10 gün əvvəldən pul ödətdirirsiz?
06 oktyabr 2025, 17:04
- ↺ +

Məktəbli avtobusları ilə bağlı narazılıq - "Niyə 10 gün əvvəldən pul ödətdirirsiz?"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəmi bir neçə gündür tətbiqinə başlanılan məktəbli avtobusları ilə bağlı pilot layihə ("2School") sosial şəbəkədə narazılıqlara səbəb olub.

Qafqazinfo.az xəbər verir ki, ödənişlərin orta büdcəli ailələrə uyğun olmaması, avtobuslar üçün ayrılan zolaqlara giriş imkanlarının yaradılmaması, qeydiyyatdan keçən şagirdlərin müvafiq şəkildə ünvana çatdırılmaması və digər məsələlər mübahisə mövzudur. 

Xidmətdən yararlanmaq istəyən yazar Çingiz Özgür də övladı üçün qeydiyyatdan keçdiyini və əvvəlcədən ödəniş etdiyini deyir. Onun sözlərinə görə, bütün planlarını ona uyğun qursa da, yeni tətbiq olunan layihə övladının işini yarıda qoyub: "2School" tətbiqini yüklədim, ev ünvanını, məktəbi, gediş-gəliş saatını yazdım. Dərhal hesablayıb dedilər ki, 137 manat edir. Elə indi ödə, oktyabrın 6-dan uşağı aparıb-gətiririk. Dərhal ödənişi elədim, tətbiqlə kifayətlənməyib nömrələrinə zəng etdim. Təsdiqlədilər ki, uşağı həmin vaxtda götürəcəklər. Lakin indi zəng ediblər ki, biz o məktəbdən saat 13:00, ya da 14:00-da götürə bilərik uşağı..."

Yazarın sözlərinə görə, şirkətin öz münasib bildiyi vaxtda şagirdləri aparıb-gətirməsi əvvəlcədən təsdiqlənən qrafiklə üst-üstə düşmür: "Əgər ancaq həmin saatlarda apara bilirdinizsə, orada qrafiki niyə qoymusunuz? Bəs bizdən niyə soruşursuz uşaq saat neçədə çıxır? Bəs niyə 10 gün əvvəldən pul ödətdirirsiz? Axı 10 gündür arxayın olmuşam ki, servis tapmışam, ağ günə çıxmışam.

Dedilər qəbzinizi atın, pulunuzu geri qaytaraq. Cavab isə belə oldu "qeydə alındı, biz sizin ödənişinizi yönləndiririk banka, bank da 10-12 gün ərzində ödənişinizi geri qaytaracaq..."

Cəmi bir neçə gündür fəaliyyətə başlayan məktəbli avtobuslarının abunə qiymətləri də sosial şəbəkədə əsas müzakirə mövzusudur. Qiymətlərin 100 manatdan başlandığı açıqlansa da, real rəqəmlərin daha çox olduğu narahatlıq yaradıb. Məsələn, Xırdalan şəhərindən 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq.

Valideynlər özəl servislərin 100-150 manata apardığı yolun sözügedən xidmətlər tərəfindən təxminən 170-250 manata başa gəldiyini bildirirlər.

Sözügedən layihə ilə bağlı məsələni müğənni Xuraman Şuşalı da gündəmə gətirib. Məktəblilər üçün təşkil olunan avtobusların 240 manat olmasından gileylənən ifaçı onların pulsuz olmasını istəyib: "Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məktəbə aparar. Tıxaclar da azalar".

Bəs məktəbli avtobuslarının qiymət siyasəti hansı meyarlar əsasında tərtib olunub? Bu xidmətin digər özəl xidmətlərdən üstünlüyü nədədir?

Bu suallarla bağlı layihə rəhbərliyinə suallar ünvanlanıb, ancaq cavab almaq mümkün olmayıb.

Xatırladaq ki, Bakıda məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə oktyabrın 1-dən etibarən start verilib. Layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edəcək. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən bu layihə çərçivəsində 100-dən çox avtobus ayrılıb.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Son xəbərlər

Xəbər
Bu gün, 15:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 15:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər