Metropolitenin “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
“Qarabağ” FK-nın UEFA Avropa Liqası çərçivəsində oyunu ilə əlaqədar metropoliten əlavə işçi qüvvəsi cəlb edib. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da müvafiq tədbirlər görüləcək, ehtiyac yaranarsa xəttə əlavə qatarlar buraxılacaq.
“Qarabağ” - ”Nant” oyunu 15 sentyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.