top
Məzar daşı vədi verdi, dələduzluq etdi
28 noyabr 2025, 11:20
- ↺ +

Məzar daşı vədi verdi, dələduzluq etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvin Əsədovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Pərvin Əsədov etibardan sui-istifadə edərək və aldadıcı vədlər verməklə zərərçəkmiş Zəranə Səmədovaya (adı, soyadı şərtidir) məxsus pul və əmlakı ələ keçirib. O, zərərçəkmiş şəxsin etimadını qazanmaq üçün müxtəlif sahələrdə köməklik göstərəcəyini vəd edib. Bu vədlərə Zəranənin anasının məzar daşlarının hazırlanması, Bakı və Xırdalanda yerləşən yaşayış evlərinin onun adına sənədləşdirilməsi, Binəqədi rayonunda Neft şirkətinə məxsus torpaq sahəsinin alınması və həmin ərazidə ev tikilməsi, eləcə də 2022-ci ildə Binəqədi bələdiyyəsində işə düzəldilməsi kimi yalan vədlər daxil olub.

Həmçinin Pərvin Əsədov Dağıstan Dövlət Universitetində təhsil aldığı üçün diplomunun alınmasına yardım edəcəyini bildirərək Zəranəni aldatmağa davam edib. Aldatma yolu ilə o, 2021-ci ilin noyabrından 2022-ci ilin iyul ayınadək müxtəlif tarixlərdə zərərçəkmişdən hissə-hissə olmaqla böyük məbləğdə vəsait alıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxs qadından ümumilikdə 7 000 manat, sonrakı günlərdə 1 000 manat, daha sonra 3 000 manat, mobil tətbiq vasitəsilə kart hesabına 1 070 manat, yenidən 3 000 manat və həmin dövrün məzənnəsi ilə 1 360 manat dəyərində 800 ABŞ dolları əldə edib.
 Bundan əlavə, o, 2022-ci ilin əvvəlində 600 manat dəyərində qızıl sep, dayısına hədiyyə adı ilə 1 000 manat, anasının əməliyyatı üçün 3 500 manat, eləcə də həmin ilin fevral–iyul aylarında qadının evində hissə-hissə olmaqla 8 000 manat, 3 000 manat və 1 276 manat dəyərində 700 avro məbləğində vəsaiti də dələduzluq yolu ilə əldə edib.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs bütün bu hərəkətləri vahid niyyətlə həyata keçirərək ümumilikdə 33 806 manat məbləğində zərər vurub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Pərvin Əsədov 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər