top
Müğənni İlkinlə aparıcı Elgiz arasında mübahisə
03 aprel 2025, 01:35
- ↺ +

Müğənni İlkinlə aparıcı Elgiz arasında mübahisə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Elgizlə izlə" verilişində Əməkdar artist İlkin Əhmədovla aparıcı Elgiz Əkbər arasında mübahisə yaşanıb.

Axsam.az-ın məlumatına görə, buna səbəb İlkinin şəxsi həyatını gizli saxlamağa çalışması ilə bağlı olub. Elgiz isə bunu ona irad tutub.

İlkin bunu muğam ifaçısı olmağı ilə əlaqələndirib:

"Muğam ifaçılarının danışıqlarında, işlətdikləri ifadələrdə, davranışlarında bir balaca da olsa nöqsan olmamalıdır. Abrımızı qoruyuruq. Çox şeyi deyə bilmirik, amma demək lazımdır".

Elgiz onun açıqlamasına belə reaksiya verib:

"Sən məgər pis adamsan? Mən səni ictimaiyyətə açıqsözlü biri kimi tanıyıram. Sual verirlər ki, niyə o müğənniləri efirə çağırırsınız? Dövlət və özəl kanallar var. Dövlət kanallar sponsorlardan asılı deyil. Bura isə özəl telekanaldır, biz asılıyıq..."

İlkin Elgizin sözünü kəsməyə çalışıb. Aparıcı İlkinə "Bacarırsan, reytinq ver. Sənət, oxumaq, yaraşıq, sənət səndə" deyə, bildirib.

İlkin isə cavabında "Mən reytinq verirəm" deyə, qeyd edib.

Daim gündəlik başına gələnlərdən söz açan Elgiz burada heç bir qəbahət olmadığını deyib:

"Sual verirlər ki, məsələn, Mənzurə Musayevanı niyə tez-tez çağırmırsınız. Gözəl səsi var. O, "duzdur", səmimidir. Bax, burada olanlar, danışdınız, zəriniz töküldü? Məndən çox özündən danışan adam var? Yaşadıqlarımı danışıram, hamı da paylaşır. Amma eyni Elgizəm...".

İlkin yenidən Elgizin sözünü kəsərək "Söhbət Mənzurəkimilərdən getmir. Mən başqa şeydən danışıram. Efirlərdə bayağı mahnı oxuyanlardan, geyinənlərdən söhbət gedir" deyə, vurğulayıb.

Elgiz fikrini belə tamamlayıb:

"Bizim müzakirə etdiyimiz mövzular həyatda qarşılaşdığımız hadisələrdir. Bu adamlar "lal balıq" olmamalıdırlar, vətəndaş mövqelərini ortaya qoymalıdırılar. Dava demirəm, amma verilişlərdə həyat hekayənizdən, yaşadıqlarınızdan danışasınız. Qorxmayın".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər