Paytaxtın Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 350, ortalama eni isə 12 m olan küçənin Təbriz küçəsindən Xətai prospektinə qədər olan hissəsi təmir olunub.
Əraziyə yeni asfalt-beton örtüyü döşənib, yeraltı kommunikasiya xətləri bərpa olunub, yağış qapaqları yeniləri ilə əvəz olunub. Ən sonda küçədə yol nişanları və piyada zolaqları yaradılıb.
Hazırda uzunluğu 1230 m olan Əliəşrəf Əlizadə küçəsində yenidənqurma işləri aparılır. Həmçinin Tələt Şıxəliyev, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prospektində təmir-bərpa işlərinin aparılması nəzədə tutulur.