Bakının Nərimanov rayonunda genişmiqyaslı təmir-bərpa işləri aparılır. Bu haqda Rayon İcra Hakimiyyətinin mətbuat xidməti bu gün, 11 avqust tarixində məlumat verib.
Hazırda Azadlıq prospekti, 146A, 148A, 150A, 152A və N.Nərimanov küçəsi, 3 saylı binaların həyətində abadlıq-quruculuq işləri aparılır. Həmin ünvanlarda binaların qapı və pəncərələri, fasadı və dam ortüyü yenilənib, yağış sularını axıdan boru və navalçalar dəyişdirilib, binanın zirzəmisində yerləşən ümumi kanalizasiya sistemində əsaslı təmir işləri aparılıb.
Məhəllələrdə isə oyun və idman meydançaları, söhbətgahlar, oturacaqlar və işıqlandırma sistemi quraşdırılır.
[caption id="attachment_57971" align="alignnone" width="300"]
Foto Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]