Bakıda yolu bağlayan sürücülər inzibati qaydada həbs olunub. Bu haqda 18 fevral tarixində> APA məlumat verib.
Fevralın 17-də Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin “Polisin qanuni əmrinə tabe olmama” və “Xırda xuliqanlıq” maddələri ilə təqsirli biliniblər. Hər iki sürücü 30 sutka müddətinə həbs olunublar.