Paytaxtın Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən “Maidə” kafesində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Müəssisədə sanitariya, eləcə də qida təhlükəsizliyi qaydalarına riayət edilmədiyi aşkarlanıb. Həmçinin kimyəvi maddələrin, təmizlik inventarlarının ayrıca saxlanma yerlərinin olmadığı müəyyən edilib.
Bundan əlavə, istifadə olunan ət məhsullarının müvafiq sənədlərinin olmadığı məlum olub.
Obyektin fəaliyyəti dayandırılıb, rəhbərlik məsuliyyətə cəlb olunub.