Rayon İcra Hakimiyyətin (RİH) başçısı Nəsimi rayonunda yerləşən Zəfər bağını ziyarət edib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 21 ünvanında yerləşən Zəfər bağına Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən baxış keçirilib.
Parkda təmir işləri aparılır, bağda yararsız vəziyyətə düşmüş tamet daşları bərpa olunur, oturacaqlar rənglənir, həmçinin mövcud ağaclara və yaşıllıqlara aqrotexniki qulluq göstərilir və mövsümi güllər əkilir.
[caption id="attachment_113876" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətı[/caption]