Nəsimi rayonunda səyyar qəbul keçirilib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüşdə İcra Hakimiyyətinin başçısı da iştirak edib. O, rayon ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub, sakinləri narahat edən məsələlərlə maraqlanıb, onların müraciətlərini dinləyib. Həmçinin yerində müvafiq tapşırıqlar verilib.
Görüşlərin bundan sonra da davam etməsi nəzərdə tutulub.