Nəsimi rayonunda küçə ticarətinə qarşı reyd keçirilir. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan reyd çərçivəsində küçə ticarətinin, eləcə də qanunsuz tikintilərin qarşısı alınır, həmin ərazilər nəzarətdə saxlanılır. Bundan əlavə, yaradılmış monitorinq qrupları tərəfindən yerlərdə maarifləndirmə işləri aparılır, küçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olunurlar.
Reydlər bundan sonra da davam etdiriləcək.
[caption id="attachment_105828" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]