Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 1 ünvanında yerləşən un məmulatları satışı mağazasında nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı məlum olub ki, mağaza qida təhlükəsizliyi qeydiyyatından keçirilməyib, həmçinin temperatur rejiminə riayət olunmur, məhsullar etiketlənməyib, işçi heyəti tibbi müayinədən keçməyib, eləcə də dezinfeksiya işləri aparılmayıb.
Aşkarlanmış nöqsanlarla bağlı obyektin fəaliyyəti dayandırılıb. Sahibkar məsuliyyətə cəlb olunub.