Nəsimi rayonunda smart tipli avtobus dayanacaqları quraşdırılıb. Bu haqda bu gün, 4 aprel tarixində rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
Dayanacaqlar Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında, Hüseynbala Əliyev küçəsində, daha sonra Azadlıq prospekti və Səməd Vurğun küçəsində quraşdırılıb. İşlər rayonunun digər hissələrində də davam edəcək. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına ödənilir.
Yeni tipli pavilyonlar sərinləndirmə sistemi, müşahidə kameraları və monitorlarla təchiz olunub.
[URIS id=96066]