Bakının Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində inşa olunan yeni metro stansiyasının yaxınlığında yaşıllıq sahəsi salınacaq. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Bakı Metropoliteni” QSC-nin əməkdaşı Nişat Həmidov xəbər verib ki, yaxın zamanda stansiyanın 4 çıxışının tikintisinə başlanılacaq və 2 çıxışının olacağı sahədə yaşıllıqların köçürülməsi ilə bağlı layihə hazırlanıb.
Tikinti işlərindən sonra əraziyə 400-ə yaxın kol bitkisi, 200-ə yaxın ağac, 300-ə yaxın mövsümi güllərin əkilməsi, ümumilikdə isə 15.000 kv.m yaşıllıq sahəsinin salınması planlaşdırılır.