Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən kafedə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Papanin” kafesində keçirilən yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, eləcə də sanitariya qaydalarının pozulduğu məlum olub. Bundan əlavə, müəssisənin təhlükəsizlik qeydiyyatından keçmədən işlədiyi və işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Faktlarla bağlı rəhbərlik məsuliyyətə cəlb olunub, obyektin fəaliyyəti dayandırılıb.