top
Nasaz avtomobillərlə yola çıxanlara XƏBƏRDARLIQ
30 yanvar 2026, 11:40
- ↺ +

Nasaz avtomobillərlə yola çıxanlara XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Bakuplus.az-a verilən məlumata görə, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.

Xəbərdarlıqda qeyd olunur ki, son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır:

"Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur.

Aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.

Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.

"Yol hərəkəti haqqında" Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unudulmamalıdır ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir".

Son xəbərlər

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Oxşar xəbərlər