Paytaxtın Nizami rayonu, Abdulla Mirzəyev küçəsi, 3 ünvanında yerləşən “Diamond Tuning and Detailing” avtomobillərə xidmət mərkəzində təhlükəsizlik qaydalarına riayət olunmur. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı aşkar edilən nöqsanlar aşağıdakı kimidir:
- Yanğın üçün nəzərdə tutulmuş su hovuzuna gedən yollar tam sərbəst deyil;
- Obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan təmizlənməyib;
- Propan qaz balonundan istifadə olunur;
- Obyekt yanğına qarşı təhlükəsizlik sistem və qurğularla təchiz edilməyib;
- Elektrik xətlərində izolyasiya örtüyü zədələnmiş və açıq sonluqlu naqillərdən istifadə olunur.
Aşkar olunan faktlarla bağlı sözügedən obyektin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərlik isə məsuliyyətə cəlb olunub.