Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti 183b ünvanında pulsuz ağac tingləri paylanacaq. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aksiya 3 saylı DOST Agentliyinin qarşısında, 29 mart saat 11:00-da təşkil olunacaq.
“Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq”, - deyə qurum əlavə edib.