Xalq artisti Ənvər Həsənovun səhhəti yaxşılaşır. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Əvvəlki günlərə baxanda, atamın vəziyyəti yaxşıdır. Gələn həftənin 2-ci günü karantin müddəti də bitəcək. Ondan sonra MRT və digər lazımi müayinələr aparılacaq”, - deyə sənətkarın qızı bildirib.
Daha öncə, 31 avqust tarixində Ənvər Həsənovun COVİD-19-a yoluxması barədə məlumat verilmişdir.