Azərbaycanın Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun vəziyyəti barədə yeni xəbər var. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 15 sentyabr tarixində xəbər verir.
Aktyorun qızının verdiyi məlumata əsasən, Ənvər Həsənovun MRT müayinəsinin nəticələri qənaətbəxşdir.
“Allaha şükür ki, hematoma çıxmadı. Biz bundan qorxurduq. Sabah həkim müayinəsinə gedəcəyik. Bundan sonra müalicəyə başlayacağıq”, - deyə Aytən Həsənova bildirib.