Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı filialı kreditorlarına müraciət edib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə verdiyi məlumata əsasən, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 9A ünvanına bildirə bilərlər.
Azərbaycan Mərkəzi Bankı “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib.