Ötən gün Nizami rayonunda Milli Məclisin Nizami rayonundan olan deputatı Könül Nurullayeva növbəti dəfə şəhid ailələrini ziyarət edib. Bu haqda Azərtac xəbər verib.
Deputat tank tağımının komandiri olan baş leytenant Azad Hümbətovun ailəsini ziyarət edib və onların problemlərinin həll edilməsinə kömək göstərəcəyini bildirib.
Azad Hümbətov Vətən müharibəsində Füzuli, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək noyabr ayının 7-də şəhid olub. Ona ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, habelə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.