Bakıda universitetin professoru vəfat edib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasının müdiri professor İsmayıl Sadıqov 72 yaşında dünyasını dəyişib. Onun xəstəlik səbəbindən öldüyü bildirilir.
İ.Sadıqov Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qudası idi.