Bakıda ANAMA-nın təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbirdə ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Miçalko, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin deputatları, diplomatik missiyaların nümayəndələri və başqaları iştirak edirlər.
İki gün davam edəcək konfransın məqsədi Azərbaycanın mina problemini dünyaya çatdırmaq, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaları nümayiş etdirmək və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
[caption id="attachment_121380" align="alignnone" width="640"]
Foto Report.az[/caption]