Bakıda velosiped yollarının salınması layihəsi çərçivəsində aparılacaq müvafiq işlərə görə bəzi mərkəzi küçələr bağlı olacaq. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Bununla bağlı işlərin aparılacağı zolaqlar üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.