Piyadanı vuraraq hadisə yerindən qaçan “BakuBus” sürücüsü tutulub. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Valeh Məmişov “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu ilə piyadanı vuraraq hadisə yerindən yayınmışdır.
Onun barəsində cinayət işi başlanılıb.