Bakının Xətai rayonu, 8 Noyabr prospektində Zəfər Parkı salınır. Tikinti işlərini “PAŞA Holdinq” MMC-nin maliyyə dəstəyi ilə “PMD Projects” MMC həyata keçirir. Bu haqda bu gün, 19 aprel tarixində Report məlumat verib.
Layihənin rəhbəri Pərviz Mehralıyevin sözlərinə görə, yaxın 18 ayda, yəni 2024-cü ilin sonuna qədər tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə layihənin sahəsi 98.000 kv.m. təşkil edəcək və onun ərazisində Azərbaycanın tarixini və İkinci Qarabağ müharibəsində qələbəsini əks etdirən obyektlər tikiləcək.
Ərazidə olan yaşıllıqların xüsusi texnikanın köməyi ilə parka yaxın sahəyə köçürülməsi də təmin ediləcək.