Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Çələbiyev vəzifədən azad edilib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Çələbiyev sərəncama götürülüb. Onun yerinə təyinat hələ ki yoxdur.