Nəsimi rayonunda polisin üzərinə avtomobil sürən şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rauf Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cari ilin aprel ayında metronun “Memar Əcəmi” stansiyası yaxınlığında “Toyota Prius” markalı avtomobilin sürücüsü polisə tabe olmayaraq nəqliyyat vasitəsini əməkdaşın üzərində sürmüşdü.