Prezident İlham Əliyev avtoqəzada xəsarət alan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma baş çəkib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Prezidentin saytında istinadən xəbər verir.
Ölkə başçısı, həmçinin millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçinin səhhəti ilə maraqlanıb. Prezident xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.
Ötən gün, Zəngilanda Binəli Yıldırımın olduğu avtomobil qəzaya düşüb. Xəsarət alanlar dərhal helikopterlə Bakıya, Mərkəzi Kliniki Xəstəxanaya gətirilib və onlara tibbi yardım göstərilib.
[URIS id=75787]