top
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
30 mart 2026, 13:45
- +

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

AZƏRTAC xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

Rasim Balayev 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.

"Azərbaycanfilm" kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Fəxrəddin Manafov

Son xəbərlər

Xəbər
Bu gün, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
Bu gün, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Xəbər
Bu gün, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
Bu gün, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Xəbər
Bu gün, 11:59

Bakının 4 rayonunda kanalizasiya qəzaları aradan qaldırılacaq– 5.2 milyon ayrıldı

Xəbər
Bu gün, 10:46

Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı

Xəbər
Bu gün, 09:51

Bakıda ağır qəza: ölən var

Xəbər
Dünən, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
Dünən, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
Dünən, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
Dünən, 16:11

"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Zahid Oruc

Xəbər
Dünən, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
Dünən, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
Dünən, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
Dünən, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
Dünən, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
Dünən, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Xəbər
Dünən, 10:19

Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi

Xəbər
Dünən, 10:00

FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır

Xəbər
Dünən, 08:06

Paraqvay parlamentində ilk dəfə Azərbaycanın uğurlarından danışılıb

Xəbər
20 sentyabr 2026, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Oxşar xəbərlər