top
Prokuror kapitan üçün yüngül cəzaya etiraz etdi - Gözlənilməz qərar çıxdı
24 yanvar 2025, 02:33
- ↺ +

Prokuror kapitan üçün yüngül cəzaya etiraz etdi - Gözlənilməz qərar çıxdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlətdən 14 ay əsassız kirayəpulu aldığı üçün güzəştli şərtlərlə min manat cərimələnən Kapitan İlham Elyasovun cəzası ləğv edilib.

Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

İttihama görə, hərbi məktəbdə müəllim işləyən Elyasov 14 ay atasının evində qala-qala kirayədə yaşadığını deyərək dövlətdən 3 min 765 manat pul alıb.

Kapitana qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilsə də, Bakı Hərbi Məhkəməsi onun əməlini eyni maddənin daha yüngül bəndinə tövsif edib.

İ.Elyasov həmin maddə ilə 1000 manat cərimə cəzasına məhkum edilib.

Amma prokuror verilmiş cəzadan razı qalmayıb. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza həddən artıq yüngüldür. Bu da cinayət qanununun ədalət prinsipinə ziddir.

Kapitan isə dövlətə dəymiş ziyanı tam ödəsə belə, bəraət almaq üçün apellyasiya şikayəti verib.

Protest və şikayət yuxarı instansiyada hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılıb.

Hakimlər iş materialları ilə tanış olduqdan sonra İ.Elyasovun təqsirli bilindiyi maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin (böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz - red.)  keçdiyini müəyyən ediblər. Belə olan halda nə prokurorun, nə də təqsirləndirilən şəxsin tələbi qəbul edilib.

Qərara əsasən, kapitan Elyasovun min manat cərimə cəzası ləğv edilib, cəzadan azad olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər