Nəsimi rayonu, A. Puşkin küçəsi, 13 ünvanında yerləşən restoranda nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Puşkin” adlı restoranda aparılan yoxlama zamanı sanitariya qaydalarına riayət olunamadığı, qida obyektində temperatura nəzarət olunmadığı, eləcə də təmizlik işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
[caption id="attachment_117687" align="alignnone" width="640"]
Foto AQTA-nın rəsmi saytı[/caption]