Bakının Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam edir. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmir işləri çərçivəsində rayon ərazisində yerləşən Qış parkında istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan tamet daşların, oturacaqların, həmçinin işıqlandırma sisteminin və yaşıllıqların bərpası işləri başlanıb.
Parkda yararsız vəziyyətdə olan kiçiktutumlu tullantı qabları da yeniləri ilə əvəz olunacaq. Bu istiqamətdə işlər davam etdirilir.