Qaradağda qızılcadan vəfat edən şagird barəsində təfərrüatlar açıqlanıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Qaradağ rayon İcra Hakimiyyətinin Qobustan qəsəbə İƏD üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Nərgiz Əmrəliyeva 9 yaşlı uşağın ölümünə səbəbin həkimdən kənar müdaxilə olduğunu vurğulayıb.
“Uşaq qızılcalı olub, məktəbə getmirmiş. Evdə hərarəti qalxıb, nənəsi dərman verib, ondan sonra uşağın halı qarışıb. Amma hansı dərman verdiyini bilmirəm. Həkimlərin xəbəri olmayıb. Elə bundan sonra da dünyasını dəyişib”, – deyə o bildirib.
Əmrəliyeva uşağın valideynlərinin rəsmən boşandıqlarını, atasının isə rayonda yaşadığını əlavə edib.