Qanlıgölün ətrafında park salına bilər. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Bakı Gündəliyinə istinadən xəbər verir.
Sosial şəbəkədə gölün təmizlənməsi və ətrafının yaşıllıq əraziyə çevrilməsi ilə bağlı şəkil paylaşılıb. Yeni salınacaq parkda velosiped zolaqları, qayıqlar, ictimai iaşə obyektləri və panoram görünüş üçün nöqtələrin yaradılacağı gözlənilir.
Tikinti işlərinin “Kristal Abşeron” tərəfindən görüləcəyi bildirilir.