Bakı şəhəri, Qara Qarayev prospektindən üzü şəhər istiqamətində səhər saat 07:30-dan bu saata kimi yol bağlı olduğuna görə tıxac müşahidə olunur.
Hazırda yolun hansı səbəbdən bağlı olması məlum deyil.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, sərnişinlərdən isə metrodan istifadə etmələri və sözügedən hissədə hərəkətdən çəkinmələri tövsiyə olunur.