Bakıda yerləşən 2 faydalı yataq hərraca çıxarılır. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Qaradağ rayonunda yerləşən “Gülbaxt” və“Vulkan” mişardaşı yataqları satışa çıxarılır. Hərracda başlanğıc qiymətləri 1660-45.684 AZN arasında dəyişəcək.
Hərracda iştirak etmək istəyənlər 7 dekabr 16:00-a qədər Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına sənədləri təqdim etməlidirlər.