top
Rəşad Dağlı şantaj edilib
11 noyabr 2022, 06:37
- ↺ +

Rəşad Dağlı şantaj edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İsgəndər Mehdiyevi öldürməsinin səbəbi yayılıb. Bu haqda bu gün, 11 noyabr tarixində Report məlumat verir.

Məhkəməyə təqdim olunan məlumatda bildirilir ki, dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda Rəşad Dağlıya telefonla zəng edərək, guya onun cinsi azlıq nümayəndəsi olması barədə şayiələr yayıb. Bundan başqa, Mehdiyev bu məsələyə birdəfəlik son qoymaq üçün meyxanaçıdan müəyyən məbləğdə pul tələb edib, əks halda onun barəsində böhtan xarakterli məlumatlar yayacağı ilə hədələyərək Rəşad Dağlını şantaj edib.

Noyabrın 9-da səhər saat 05:00 radələrində Rəşad Dağlı “məsələyə aydınlıq gətirmək üçün” onunla görüşmək qərarına gəlib. O, Mehdiyevin yaşadığı ünvana “Niva” markalı avtomobili ilə yaxınlaşaraq onu bayıra çağırıb. O, İsgəndəri avtomobilin qabaq oturacağına əyləşdirərək Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinə aparıb. Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı onu döş qəfəsindən bıçaqlayıb.

İstintaq orqanının təqdimatında meyxanaçının İ.Mehdiyevi ümumilikdə 14 bıçaq xəsarəti yetirərək öldürdüyü göstərilib.

Tanışının öldüyünü görən Dağlı onun meyitini avtomobildən ataraq hadisə yerindən yayınıb. Bundan sonra o, saat 05:30 radələrində Yasamal Polis İdarəsinin növbətçi hissəsinə gələrək qətl törətdiyini və könüllü təslim olmaq istədiyini bildirib.

Qaradağ rayon məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib.

Meyxanaçı bildirib ki, hadisə zamanı yanında kəsici alətlər olmayıb, onun şərəf və ləyaqətini alçaldandan sonra zərərçəkmişin əlindən bıçağı qoparıb və mübahisə zamanı İ.Mehdiyevin ürək nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı 4 ay müddətinə həbs edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 14:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Oxşar xəbərlər