Meyxanaçı Rəşad Dağlının hansı həbsxanaya aparıldığı məlum olub. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
O, Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.
9 noyabr tarixində meyxanaçı Rəşad Dağlının bıçaqla qətl törətdiyi barədə məlumat yayılmışdır. O, törətdiyi əməli etiraf etmişdir.