Paytaxtın Nərimanov rayonunda, çörək sexində baş vermiş ölüm barəsində məhkəmə yekunlaşıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
34 yaşlı Jalə Nurəliyeva 2 il müddətinə islah işlərinə məhkum olunub. Bu müddət ərzində onun aylıq qazancından 20 faiz tutulacaq.
7 yanvar tarixində “Nur” çörəkbişirmə zavodunda xadimə kimi işləyən 51 yaşlı Mətanət Həsənova xəmir qarışdırıcının arasında qalaraq dünyasını dəyişmişdir. O, təmizlik aparan zaman J.Nurəliyeva ehtiyatsızlıqdan aparatı işə salmışdır.