Bakıda fəaliyyət göstərən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus olduğu bildirilən "German Hospital"ın bir çox şöbələri bağlanıb.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hospitalın həkimləri artıq başqa klinikalarda fəaliyyət göstərirlər.
Binanın qarşısında artıq əvvəlki canlanma yoxdur. "German Hospital"a üz tutanlar klinikanın boşaldıldığını söyləyirlər.
Telefon zənglərinə də cavab verən yoxdur.
Xatırladaq ki, klinikanın Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub.