“İçərişəhər”də keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlərin tarixində dəyişiklik edilib. Bu haqda BakuPlus.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən bu gün, 15 sentyabr tarixində xəbər verir.
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar bir sıra tədbirlər keçirilməyəcək.