“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fonduna 100 illik Quran bağışlanıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az qoruğa istinadən xəbər verir.
73 yaşlı İçərişəhər sakini Həqiqət Məmmədova yaşı 1 əsrdən çox olan Quran kitabını “İçərişəhər” Muzey Mərkəzinə bağışlayıb. Kitab muzeyin nəzdində olan Bəylər məscidində sərgilənəcək.
Eksponatın əsl yaşının nə qədər olduğu hazırda müəyyənləşdirilir.
[caption id="attachment_76186" align="alignnone" width="640"]
Foto “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi İnstagram səhifəsi[/caption]